Rusiya və Səudiyyə Ərəbistanı arasında S-400-lər üzrə müqavilə imzalanıb

2018/02/123_2124_2345345_151264269234534_1514190217_1517996710.jpg
Oxunub: 1502     17:51     07 Fevral 2018    
“Səudiyyə Ərəbistanı ilə S-400 zenit raket sistemlərinin satışı üzrə müqavilə imzalanıb, bütün parametrlər razılaşdırılıb”.

Ordu.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Tusiya prezidentinin hərbi-texniki əməkdaşlıq zrə köməkçisi Vladimir Kojin bəyan edib.

“Səudiyyə Ərəbistanı ilə danışıqlar çətin oldu, lakin sənədlər imzalandı, onların parametrləri məlumdur. Hər şey hazırdır və hər şey razılaşdırılıb, artıq çatdırılmanın müzakirəsinə başlayacağıq”, - deyə Kojin bildirib.

O həmçinin qeyd edib ki, hazırda Səudiyyə Ərəbistanı ilə digər müqavilələrin imzalanması da müzakirə olunur. Belə ki, atıcı silahlar və onları istehsalının Səudiyyə Ərəbistanında təşkili üzrə artıq danışıqlar aparılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Səudiyyə   S-400  


Bizi "telegram"da izləyin