Pxenyan: Tramp nüvə müharibəsi yaratmaq istəyir

2018/02/4013451123454_1517996518.jpg
Oxunub: 4846     17:40     07 Fevral 2018    
ABŞ-ın nüvə silahlarının, o cümlədən az güclü mərmilərlə taktiki döyüş başlıqları hazırlaması üzrə planlarından bəhs edildiyi yeni nüvə doktrinası, həmçinin nüvəsiz hücum halında belə atom silahından istifadənin mümkünlüyü imkanının bəyan edilməsi Amerika prezidenti Donald Trampın nüvə müharibəsi yaratmaq istədiyini göstərir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ABŞ-ın mövqeyi Pxenyanın öz nüvə silahlarını inkişaf etdirməklə haqlı olduğunu göstərir.

KXDR Xarici İşlər Nazirliyi yanında ABŞ İşləri üzrə İnstitut tərəfindən təqdim olunan bəyanatda Birləşmiş Ştatlar atom silahını tətbiq edən və Xirosima və Naqasakidə bir neçə yüz min insanın başına fəlakət tökən nüvə cinayətkar dövləti kimi adlandırılır.

Həmçinin KXDR-in ABŞ-ın hədə-qorxusuna cavab vermək üçün öz nüvə və raket proqramının inkişafını davam etdirəcəyi bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin