Qarabağa gələn erməni deputatları cəbhə xəttinə buraxmayıblar - SƏBƏB

2018/02/ermenistan-respublikasi-prezidenti-sarkisyan-dagliq-qarabagda34534_1517991651.jpg
Oxunub: 3609     16:15     07 Fevral 2018    
Qarabağda Ermənistandan gələnləri cəbhə xəttinə buraxmırlar

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, bundan sonra cəbhədə duran erməni əsgəri hesabına reklam olunmaq qadağan edilir.

Ermənistandan gələnlərin hərbi hissələrə, xüsusən də cəbhədəki mövqelərdə duran hərbi hissələrə səfər etmələri qadağan olunub. Tələbin yuxarı “orqanlardan” verildiyi, buna əməl etməməyin isə “ölüm” hökmü olduğu bildirilir.

Məlumata görə, 2-4 fevral tarixində Ermənistandan olan bir qrup erməni deputat işğal altında olan Qarabağa gəlsə də, onlara da bu qadağa şamil edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   İşğal   Qanunsuz-səfər  


Bizi "telegram"da izləyin