Riyaziyyat yoxdusa, problem də yoxdur: Büdcə reallıqları Trampın hərbi ekspansiyasını təhdid edir

2018/02/500456456_1517990889.jpg
Oxunub: 1428     16:05     07 Fevral 2018    
ABŞ prezidenti Donald Tramp ordunun onun nəzarəti altında böyüyəcəyini dəfələrlə iddia edib. Lakin bir neçə faktor var ki, bu genişlənməni maliyyələşdirmək üçün edilən səyləri Trampın dərk etdiyindən daha çətin edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu faktorlar Konqresin Büdcə Bürosunun (KBB) sonuncu hesabatında üzə çıxıb.

KBB Trampın bütöv illik hərbi büdcəsinin qəbul edilməsi halında qarşıdakı 10 ildə milli borcun 683 milyard dollar artacağını bildirib.

KBB-nin hesabatına görə, artan sağlamlıq qiymətləri, sosial təhlükəsizlik üçün artıq xərcləmə və köhnə borclarla bağlı yüksək faizlərdənsə, 350 gəmilik donanma, əlavə qırıcıların alınması və insan gücünün artırılması ilə bağlı ambisiyalı planlar daha böyük risk meydana gətirir.

“Xüsusilə Müdafiə Nazirliyinin büdcəsində silahların alınması və istehsalı üçün ayrılan vəsait, Müdafiə Nazirliyinin ilkin hesablamalarından 20-30% daha yüksəkdir. Aktiv və təqaüddə olan xidmət üzvləri üçün kompensasiya xərcləri 2000-ci ildən etibarən sürətlə qalxmağa başladı”, - deyə hesabatda qeyd edilir.

KBB bu məsələlərin qarşıdakı beş ildə proqnozlaşdırılan büdcə ilə ödənəcək həqiqi qiymət arasında uyğunsuzluq yaradacağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   Hərbi-büdcə  


Bizi "telegram"da izləyin