Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumət mənbələri məlumat yayıb.
Görüşdə həmçinin Abenin müavini və Yaponiya maliyyə naziri Taro Aso da iştirak edəcək.
Görüşdə KXDR probleminin həlli və ticarət əlaqələri müzakirə ediləcək.
Pensin Tokiodakı səfərinə həmçinin Yaponiyada yerləşdirilən “Patriot” PAC-3 RƏM sistemlərinə baxış keçirmək də daxildir.
Qeyd edək ki, ABŞ vitse-prezidentinin Yaponiya səfəri fevralın 8-də tamamlanır. Bundan sonra isə o, Cənubi Koreyaya yollanacaq.
Ağalar Qəribov
Ordu.az