Özünü güllələyən erməni əsgərin əli amputasiya edilib

2018/02/1032545645_1513077789456_1517989204.jpg
Oxunub: 3732     15:37     07 Fevral 2018    
İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində növbəti cinayət hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, tank əleyhinə taqımın hərbi qulluqçusu xidmətdə məruz qaldığı təhqirlərə dözməyərək, sıra meydanında məşqlər vaxtı ilk olaraq taqım komandirini avtomatla vurmaqla hədələyib.

Sonradan hərbçi yoldaşları tərəfindən sakitləşdirilən əsgər Armen Sarkisyan özünə atəş açıb. Aldığı yaranın həyati qorxusu olmasa da hərbi qulluqçu A.Sarkisyanın əlinin amputasiya edildiyi bildirilir.

Hadisənin səbəbləri hərbi hissənin zabitləri və hərbi polisin əməkdaşları tərəfindən araşdırılır. Faktla bağlı heç bir rəsmi məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Güllələnmə   Dedovşina  


Bizi "telegram"da izləyin