Donbasda vəziyyət yenidən gərginləşdi: 3 yaralı

2018/02/600-Donbas_1517985536.jpg
Oxunub: 2400     14:15     07 Fevral 2018    
Geridə qalan gün ərzində Donbasda separatçılar silahlı provokasiyaların sayını artırıblar.

Ordu.az Obozrevatel.com saytına istinadən xəbər verir ki, bu barədə ATO mətbuat mərkəzi məlumat yayıb.

Ümumilikdə geridə qalan gün ərzində 14 dəfə atəşkəs rejimi pozulub. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu yaralanıb, daha bir əsgər isə döyüş zədəsi alıb.

Luqanks istiqamətində separatçılar 120 millimetrlik minaatanlar, zenit qurğuiları və iri kalibrli pulemyotlardan, Donetsk istiqamətində isə 120 və 82 millimetrlik minaatanlar, qumbaraatan və iri kalibrli pulemyotlardan istifadə ediblər.

Yaralanan və zədələnən hərbçilər xəstəxanaya yerləşdirilib.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin