Belə ki, Ermənistan müdafiə nazirliyi bağlı müəssisə olduğundan, orada baş verənlər, o cümlədən alqı-satqılar da bağlı qalır. Qapalı müəssisələrdə isə daim korrupsiya riskləri mövcuddur.
Biz hər zaman Ermənistan müdafiə nazirliyində alqı-satqı məsələlərində kifayət qədər korrupsiya olduğunu qeyd etmişik. “Transparensi interneşnl” korrupsiyaya qarşı mübarizə mərkəzi daim Ermənistan müdafiə nazirliyinin alqı-satqı proseslərindəki korrupsiya risklərinin mövcudluğuna toxunur. Ermənistan müdafiə nazirliyi çox vaxt səhmlərinin 100%-i özünə aid olan şirkətlərlə alqı-satqı həyata keçirir. Bu cür bəzi faktları “Araçin lratvakan” xəbər agentliyi də bildirib.
Məlumatlara görə, düşmən nazirliyində zəruri alqı-satqıları 3-4 şirkət həyata keçirir. Bu şirkətlərin hamısı baş qərargah rəisi Movses Hakopyana məxsusdur.
Ermənistan büdcəsinin vəsaitləri hesabına aparılan alqı-satqı, yəni bu mallar büdcəyə bir neçə dəfə baha başa gəlir.
Araşdırmalara görə, bu şirkətlər bir-birinin vasitəsilə əsasən ordunun ehtiyacları üçün zəruri malların istehsalı üzrə, hərbi əmlak satışı sahəsində ixtisaslaşmış, Rusiyanın Rostov şəhərində fəaliyyət göstərən “Spetstorq” şirkətindən külli miqdarda qablar, tavalar, çəngəl, qaşıq, bıçaq, çaydanlar və digər mallar alır.
Məsələ rus şirkətinin təklif etdiyi əmlakların qiymətində deyil, son hesabda Ermənistan müdafiə nazirliyinin bu əmlakları hansı qiymətə əldə etməsindədir.
Əldə edilən məlumata görə, Movses Hakopyana məxsus 4 şirkət, biri digərinin vasitəsilə bu əmlakları Ermənistana çatdırır və bir neçə dəfə baha qiymətə satır. Hətta “Spetstorq”in nümayəndələri də, Movses Hakopyanın daha çox pul qazandığına təəcüblü qalıblar. Məlumatlara əsasən, Hakopyana məxsus şirkətlər il ərzində 32 milyon rubl, yəni 530 min dollardan artıq alqı-satqı ediblər.
Maraqlıdır ki, alınan malları yerli istehsalçılardan da əldə etmək mümkündür. Lakin Hakopyan bu malları yerli istehsalçılardan almayıb və hazırda da almır.
Xatırladaq ki, 2014-cü ildə Ermənistan müdafiə nazirliyinin xərcləri 190 milyard dram təşkil edib. Bu rəqəm büdcənin 15,4%-ni təşkil edib. 2015-ci ildə isə nazirliyin ehtiyacları üçün 199 milyard dram sərf edilib ki, bu da büdcənin 19,2%-ni təşkil edirdi.
Son illərdə, xüsusən də 2016-cı il aprel döyüşlərindən sonra düşmən ordusunda alqı-satqıların həcmi dəfələrlə artıb. Baş verən artımların yeganə səbəbi düşmən ordusunda korrupsiyanın tüğyan etməsidir.
Alpər Mövludoğlu
Ordu.az