Həşd Şəbi ABŞ ordusuna son ultimatum verib

2018/02/13961117000817_PhotoI345_1517923219.jpg
Oxunub: 4258     21:17     06 Fevral 2018    
“Həşd Şəbi ilə İraqdakı ABŞ ordusu arasında qarşıdurmanın baş verməsi həmişə olduğundan daha yaxındır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qüvvələrin mətbuat katibi və komandiri Cəfər əl-Hüseyni bildirib.

“Amerikalılarla qarşıdurma istənilən vaxt baş verə bilər və bu dəfə heç bir vasitəçilik onlara kömək etməyəcək. Dövr əvvəlki dövr deyil”, - deyə Hüseyni qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın İraqa ordu yerləşdirməsi işğaldır. Bundan başqa, o, İraqa geri dönmək üçün bəhanə kimi istifadə etmək məqsədilə İŞİD-in də onlar tərəfindən İraqa gətirildiyini əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-ABŞ   Həşd-Şəbi  


Bizi "telegram"da izləyin