ABŞ HHQ “Taliban”a qarşı rekord sayda bomba atıb

2018/02/a9bfa43af6ed77f13b7eb73ca2fc87e8345345_1517918935.jpg
Oxunub: 2089     20:06     06 Fevral 2018    
ABŞ Hərbi Hava Qüvvələri B-52 “Stratofortress”ləri son 24 saatda Əfqanıstanın şimalında “Taliban”a qarşı rekord sayda yüksək dəqiqlikli bomba atıb.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı Qüvvələri məlumat yayıb.

Məlumata görə, bombardman 96 saatlıq hava kampaniyasının bir hissəsini təşkil edib. Kampaniya “Taliban”ın təlim mərkəzləri və narkotik kimi gəlir mənbələrinə zərbələr endirilməsini əhatə edib.

“Artıq “Taliban”ın gizlənməyə yeri yoxdur. Bu ölkəyə zərər verən və taqətdən salan heç bir terrorçu üçün təhlükəsiz yer qalmayacaq”, - deyə sözügedən qüvvələrin komandiri Con Nikolson bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Taliban  


Bizi "telegram"da izləyin