NATO “İsgəndər”lərin Kalininqradda yerləşdirilməsindən narahatdır

2018/02/589_1517917591.jpg
Oxunub: 2764     19:44     06 Fevral 2018    
“İsgəndər” komplekslərinin Kalininqrad vilayətində yerləşdiriməsi Rusiya ilə NATO arasında əlaqələrin gərginləşməsinə səbəb olacaq”.

Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun adı açıqlanmayan təmsilçisi bildirib.

“Biz mətbuatda Rusiyanın Kalininqrad vilayətində “İsgəndər”lər yerləşdirməsi ilə bağlı məlumatlara rast gəldik. Bu, yeni xəbər deyil. Bilirik ki, bu yerləşdirə Rusiyanın çoxillik modernləşdirmə planının tərkib hissəsidir. Lakin bizim sərhədlərimiz yaxınlığında nüvə döyüş başlığı daşıya bilən istənilən Rusiya raketlərinin yerləşdirilməsi gərginliyinin artmasına səbəb ola bilər”, - deyə NATO təmsilçisi qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   İsgəndər  


Bizi "telegram"da izləyin