Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya hərbçiləri tərəfindən Türkiyə tərəfinə fevralın 3-də Suriyanın İdlib vilayətinin səmasında terrorçular tərəfindən vurulan Su-25 təyyarəsinin qalıqlarını Rusiyaya qaytarılmasında vasitəçilik etməklə bağlı sorğu göndərilib”, - deyə məlumatda bildirilir.
Rusiya Müdafiə Nazirliyi həmçinin vurulan Su-25 təyyarəsinin mühərrikinin analizi nəticəsində terrorçular tərəfindən təyyarənin vurulmasında istifadə olunan daşınan zenit raket kompleksinin istehsal yeri və onun terrorçulara hansı yolla keçməsini müəyyənləşdirməyə ümid edir.
Ağalar Qəribov
Ordu.az