Aleksandr Timonin: "ABŞ Asiyanın şimal-şərqində hərbi imkanlarını genişləndirir"

2018/02/101780945545645_1517914181.jpg
Oxunub: 2993     18:49     06 Fevral 2018    
"Birləşmiş Ştatların siyasəti Asiyanın şimal-şərqində hərbi quruculuğu gücləndirməklə Vaşinqtonun regionun digər dövlətlərinə qarşı hərbi əməliyyatlar aparma qabiliyyətini artırmaqdır".

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənubi Koreyadakı səfiri Aleksandr Timonin bildirib.

“Aydındır ki, şimal-şərqi Asiyada onların strateji müdafiə xəttinə yerləşdirmələr vasitəsilə Birləşmiş Ştatlar regionun digər dövlətlərinə qarşı hərbi əməliyyatlar həyata keçirmə qabiliyyətlərini tədrici olaraq gücləndirməyi düşünür”, - deyə Timonin qeyd edib.

Səfir xüsusilə ABŞ-ın THAAD sistemlərinin Cənubi Koreyaya yerləşdirməsinin regionda gərginliyi azaltmağa əngəl olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Rusiya-Çin yol xəritəsinə uyğun olaraq altıtərəfli görüşlərin təşkil olunması Şimali Koreyaya qarşı sanksiyalara və hərbi təzyiqə alternativ ola bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   THAAD   Rusiya  


Bizi "telegram"da izləyin