Hindistan “Agni-I” ballistik raketinin sınağını keçirib

2018/02/Agni-145645_1517914022.jpg
Oxunub: 1682     18:45     06 Fevral 2018    
Hindistan Ordusunun Strateji Qüvvələr Komandanlığı tərəfindən həyata keçirilən sınaq uğurla başa çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq bu gün səhər yerli vaxtla 8:30-da baş tutub.

2004-cü ildə istifadəyə verilən “Agni-I” nüvə imkanlı ballistik raketin sınağı Odişa sahillərində həyata keçirilib. Məlumata görə, sınaqdan keçirilən nümunə raketin 18-ci versiyasıdır. Bu raketlər 1000 kiloqrama qədər yük götürə və 900 kilometr uzaqlıqdakı hədəfi vura bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Agni-I   Sınaq  


Bizi "telegram"da izləyin