Ordu.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, Türkiyə artıq istehsal edəcəyi hərbi məhsul, sistem və proqramları xaricdən almayacaq.
“Yalnız fövqəladə hallar istisna təşkil edəcək”, - deyə Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə xarici şirkətlərlə yalnız onların Ankaranın şərtlərini qəbul etdikləri halda əməkdaşlıq etməyə razıdır, lakin bu, silah sistemlərinin alınmasını nəzərdə tutmur.
Ağalar Qəribov
Ordu.az