Tokio: ABŞ-ın bu məsələ ilə bağlı mövqeyi dəyişib

2018/02/46424033453_1517908937.jpg
Oxunub: 4079     17:51     06 Fevral 2018    
“Yaponiya hökuməti ABŞ-ın yeni nüvə strategiyasının nüvə silahının preventiv tətbiqinə dair məhdudiyyətləri aşağı saldığını düşünmür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Taro Kono bəyan edib.

“2010-cu ildə qəbul edilən ABŞ-ın köhnə nüvə doktrinası nüvə silahının preventiv istifadəsi barədə heç bir müddəa nəzərdə tutmurdu. Biz düşünmürük ki, ABŞ-ın bu məsələ ilə bağlı mövqeyi dəyişib”, - deyə Kono bildirib.

Xatırladaq ki, Pentaqon ötən həftənin cümə günü yeni nüvə strategiyasını ictimaiyyət üçün açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ   Nüvə-strategiyası  


Bizi "telegram"da izləyin