Ordu.az "Haykakan jamanak" qəzetinə istinadən xəbər verir ki, Ermənistan müdafiə naziri Vigen Sarkisyana xidmət göstərən "ՊՆ 0001" və mühafizəçilərinin "ՊՆ 101" dövlət nömrə nişanlı avtomobilləri 3 fevral tarixində İrəvan küçələrindən birində 1 dəqiqədə 3 yol hərəkət qaydasını pozub.
Vigenin maşını işıqforun, yol hərəkət nişanlarının tələblərin pozmaqla kameralara tuş gəlib.
İnzibati qaydaların pozulması ilə müşayiət olunan hərəkətlərin hər birinə görə 5 min dram cərimə nəzərdə tutulsa da, "ՊՆ" seriyalı müdafiə nazirliyinə məxsus avtomobillər polis tərəfindən cərimələnmədiyinə görə, Vigenin sürücüləri də cərimə ödənilməsindən kənar qalıblar.
Alpər Mövludoğlu
Ordu.az