Ordu.az Aex.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbər müavini Mixail Petuxov bəyan edib.
“Rusiyanın döyüş aviasiyası və zirehli texnikasının alınmasında dünyanın bir çox ölkələri maraqlıdır. Tropik region da daxil olmaqla dünyanın bir çox regionlarında Rusiya texnikası onun qarşısına qoyulan tapşırıqları uğurla icra edir. Ümid edirik ki, bu silah və texnikalar Filippin Silahlı Qüvvələri tərəfindən də istifadə ediləcək”, - deyə Petuxov bildirib.
Onun sözlərinə görə, artıq Filippin Müdafiə Nazirliyi ilə tank əleyhinə əl qumbaraatanları və onlar üçün sursatlarla bağlı müqavilə imzalanıb.
Ağalar Qəribov
Ordu.az