Rusiya və Yaponiya sülh danışıqlarını müzakirə edəcək

2018/02/151022142026_medvedev_kunashir_afp_624x351_afp_nocredit234_1517904203.jpg
Oxunub: 3710     16:01     06 Fevral 2018    
Rusiya və Yaponiya xarici işlər nazirlərinin müavinləri İqor Morqulov və Takeo Mori bu gün Yaponiyanın paytaxtı Tokio şəhərində ikitərəfli əlaqələr və sülh danışıqları problematikası üzrə danışıqların üçüncü mərhələsini keçirəcəklər.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, danışıqların əsas mövzularından biri də Kuril adalarında birgə təsərrüfat fəaliyyəti aparmaqla bağlı olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Yaponiya   Kuril-adaları  


Bizi "telegram"da izləyin