Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Estoniya Polis və Hüquq Mühafizə Departamenti məlumat yayıb.
“Estoniyanın cənub-şərq quru sərhəddində dirəklərin yerləşdiyi bütün yerlər işarələnib. 2017-ci ilin sonlarında bütün 567 ədəd sərhəd dirəkləri quraşdırılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, ötən ilin yaz aylarında Çudsk göl və Narvski su yatağında sərhədin demarkasiyası tamamlanıb. Həmin ərazilərdə ümumilikdə 176 dirək yerləşdirilib.
Ağalar Qəribov
Ordu.az