Rumıniya HDQ yeganə sualtı dronunu itirib

2018/02/645645_1517898148.jpg
Oxunub: 2305     14:22     06 Fevral 2018    
Rumıniya milli müdafiə naziri Mixay Fofor Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı dorunun itirilməsi ilə əlaqədar olaraq Hərbi Prokurorluğa müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.

“İyun ayında Qara dənizdə keçirilən elmi tədqiqatlar çərçivəsində platforma itirildi, Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən isə onun axtarışları uğurlu olmadı. Nəticədə Mixay Fifor bu barədə Hərbi Prokurorluğa məlumat vermək barədə göstəriş verdi”, - deyə məlumatda bildirilir.

SECRİS dronu “Ocean Server” şirkəti tərəfindən yaradılıb və o, Rumıniya Hərbi Dəniz Qüvvələrinin yeganə sualtı dronu idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   HDQ/   Dron  


Bizi "telegram"da izləyin