Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda qeyd olunur.
“Dövlət katibi Reks Tillerson ötən ay Parisdə qeyd etdi ki, Rusiya həmin müddətdən Suriyada baş verən hadisələrə cəlb edilib. Nəticədə Şərqi Qutada baş verən və saysız kəmiyyətdə suriyalının kimyəvi silahdan zərər görməsinə səbəb olan hadisələrə görə məsuliyyət daşıyır. Suriya rejimini məsuliyyətdən yayındırmaqla Rusiya öz öhdəliklərini yerinə yetirmir”, - deyə bəyanatda bildirilir.
Həmçinin Suriyada kimyəvi silahdan istifadənin bütün tərəflərdən dərhal qadağan edilməsi vurğulanır.
Ağalar Qəribov
Ordu.az