Quterreş Rusiya və ABŞ-ı nüvə arsenalını məhdudlaşdırmağa səsləyib

2018/02/464204134534_1517897626.jpg
Oxunub: 3333     14:12     06 Fevral 2018    
“BMT baş katibi Antonio Quterreş bazar ertəsi Rusiya və ABŞ-ı strateji hücum silahlarının məhdudlaşdırılması və ixtisarı üzrə müqavilənin şərtlərini yerinə yetirməklə əlaqədar olaraq təbrik edib, həmçinin silahsızlaşma üzrə danışıqları davam etdirməyə səsləyib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Quterreşin rəsmi nümayəndəsi Stefan Dyucarrik bəyan edib.

Onun sözlərinə görə, BMT baş katibi Rusiya və Birləşmiş Ştatları arsenalın daha da məhdudlaşdırılmasına səbəb olacaq dialoqa daxil olmağa səsləyir.

“ABŞ və Rusiya bununla silahsızlaşma sahəsində mühüm tarixi liderliyi göstərə bilərlər, bu isə bizim kollektiv təhlükəsizliyimiz üçün böyük dəyər daşıyır”, - deyə Dyucarrik bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   Rusiya-ABŞ  


Bizi "telegram"da izləyin