Ermənistan BQ rəisinin korrupsioner əməlləri aşkarlanıb

2018/02/5268545234234_1517896655.jpg
Oxunub: 4467     13:55     06 Fevral 2018    
Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Movses Hakopyan müdafiə nazirliyinə yüksək qiymətə mal satır.

Ordu.az "Jamanak" qəzetinə istinadən xəbər verir ki, hazırda Ermənistan müdafiə nazirliyinə zəruri alqı satqıları 3-4 şirkət həyata keçirir. Bu şirkətlərin hamısı Movses Hakopyana məxsusdur.

Bu şirkətlər bir-birinin vasitəsilə, əsasən Ermənistan ordusunun ehtiyacları üçün zəruri malların istehsalı üzrə, hərbi əmlak satışı sahəsində ixtisaslaşan “Spetstorq” rus şirkəti ilə alqı-satqı aparır.

Məsələ rus şirkətinin təklif etdiyi əmlakların qiymətində deyil, son hesabda Ermənistan müdafiə nazirliyinin bu əmlakları hansı qiymətə əldə etməsindədir. Məlumata görə, Movses Hakopyana məxsus 4 şirkət, biri digərinin vasitəsilə bu əmlakları Ermənistana çatdırır və bu malları bir neçə dəfə baha qiymətə satır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Movses-Hakopyan   Korrupsiya  


Bizi "telegram"da izləyin