Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
“Fevralın 5-də milli ərazi hüdudlarında Çin orta mənzilli RƏM kompleksinin texniki sınağını keçirib. Qarşıya qoyulan bütün məqsədlərə nail olunub”, - deyə məlumatda bildirilir.
Kompleksin sınaqdan keçirilmə tipi, həmçinin ələ keçirmə sistemi barədə təfərrüatlar isə açıqlanmayıb.
Ordu.az