İlin tüfəngi “Mossberg 590 Shockwave” seçilib - VİDEO

2018/02/IMG-20180205-WA0031_1517847330.jpg
Oxunub: 3442     00:12     06 Fevral 2018    
Dünyada böyük nüfuza malik ABŞ Milli Atıcılıq Assosiasiyasının üzvlərindən ibarət komissiya geridə qalan 2017-ci ilin ən yaxşı tüfəngini açıqlayıblar.

Ordu.az Telegram.com-a istinadən xəbər verir ki, bu, “Mossberg 590 Shockwave” tüfəngidir.

Silahı istehsal edən “Mossberg” şirkətinin nümayəndələri “Golden Bullseye” mükafatını may ayında Dallasda keçiriləcək tədbirdə alacaqlar.

12 millimetr kalibrə malik tüfəng mütəxəssislərin böyük diqqətini çəkib. Onun həm xüsusiyyətləri, həm dizaynı, həm də yüksək atış xüsusiyyətləri “Mossberg 590 Shockwave” tüfəngini daha da üstün edir.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mossberg-590-Shockwave   Golden-Bullseye  


Bizi "telegram"da izləyin