Pentaqon yüz milyonlarla dolların izini itirib

2018/02/IMG-20180205-WA0033_1517844829.jpg
Oxunub: 2344     23:32     05 Fevral 2018    
Pentaqonun ən böyük agentliklərindən biri yüz milyonlarla dəyəri olan xərcləmələrin hesabatını verə bilmir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə nüfuzlu “Politicio” dərgisi məlumat yayıb.

Məlumata görə, “Ernst&Young” Müdafiə Logistika Agentliyi konstruksiya layihəsi üzrə 800 milyon dollarlıq sənədlərin təqdim ediməsində uğursuz olub. Bu layihənin əmlak və təchizat üçün nəzərdə tutulan layihələrdən biri olduğu bildirilir.

Qeyd edək ki, bu xəbər prezident Donald Trampın müdafiə üçün büdcənin artırılmasını tələb etməsindən bir neçə gün sonraya təsadüf edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon  


Bizi "telegram"da izləyin