Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, növbəti il üçün müdafiə büdcəsi 45,2 milyard dollardır ki, bu da ÜDM-nin 1,58%-ni təşkil edir.
Müdafiə xərcləri ötən ilkinə nisbətdə 6% artsa da, bir çoxlarına görə, bu kifayyət deyil. Bu rəqəm 1962-ci ildən bu vaxta qədər ən az büdcədir. Onlara görə Hindistan iqtisadiyyatla, təhlükəsizlik arasında balansı qoruya bilmir.
Baş Qərargah rəisi Bipin Rəvat Hindistanın daha artıq müdafiə büdcəsinə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, təhlükəsizliyin gücləndirilməsi həm də, iqtisadiyatın inkişafına təminat verəcək.
Qeyd edək ki, SIPRI-nin bir müddət öncə açıqladığı hesabata görə, Hindistan dünyanın ən böyük müdafiə idxalatçısıdır.
Ağalar Ağalarlı
Ordu.az