Bakıda Albert Aqarunovun şərəfinə küçə adı veriləcək – FOTOLAR

2018/02/albert-61397_1551462531639618_314887407_n_1517725997_1517726650_4553484669.jpg
Oxunub: 3886     18:57     05 Fevral 2018    
Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan dağ yəhudiləri cəmiyyətinin rəhbəri Milix Yevdayevin Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun adını əbədiləşdirmək barədə təklifinə müsbət yanaşıb.


Ordu.az-a məşhur israilli ekspert Arye Qutun xəbər verdiyi kimi, 25 yanvar 2018-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adının verilməsi barədə göstəriş imzalayıb.

Həmçinin Albert Aqarunovun bitirdiyi 154 nömrəli məktəb də Milli Qəhrəmanın adını daşıyır. Məktəbdə qəhrəmanın şərəfinə guşə yaradılıb. O cümlədən Qırmızı Qəsəbədə Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi əbədiləşdirilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin