Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Medialab.am" saytının baş redaktoru Marianna Qriqoryan bildirib.
Erməni baş redaktor daha da cəsarətli çıxış edərək baş verən halı KİV-lər üzərinə edilən bir təcavüz olaraq dəyərləndirib.
"Belə təhdidlərə səbəb olan insanların, öz hərəkətlərinə cavab verməsi çox vacibdir. Çünki baş verən hadisələr küçə danışığı yox, Kütləvi İnformasiya Vasitələri üzərində edilən xüsusi bir təcavüzdür".
Qeyd edək ki, "Medialab.am" saytı Ermənistan müdafiə naziri Vigen Sarkisyanı təsvir edən karikatura təqdim edib. Nəticədə, baş redaktor MN və bir "Facebook" istifadəçisi tərəfindən təhdidlərə məruz qalıb.
Alpər Mövludoğlu
Ordu.az