- Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etdi ki, Rusiya Dağlıq Qarabağda təmas xəttində ATƏT müşahidəçilərinin sayını artırmaq üçün tədbirlər görür. Sizcə, “sürüşkən” diplomatik vasitəçilərin tamamilə prespektivsizliyini nəzərə alsaq, bu addımın zəruriliyi nə ilə bağlıdır?
- ATƏT Dağlıq Qarabağın tənzimlənməsi üzrə Minsk Qrupunun mövcud olduğu 25 il ərzində sadəcə işdə öz bacarıqsızlığını nümayiş etdirmədi, hətta münaqişənin tamamlanması sahəsində tam impotensiya göstərdilər. Bu əsrin ¼-i ərzində münaqişənin tənzimləməsi üçün fəaliyyətlər aparıldıqda dərhal Ermənistanda dövlət çevrilişi baş verdi. Bu halda mən 1999-cu ilin oktyabrında İrəvanda baş verən hadisələri nəzərdə tuturam.
Tamamilə aydındır ki, belə şərtlərdə regionda ATƏT-in missiyası icraedilməzdir, lakin Minsk Qrupundan imtina etmək və onun heçliyini etiraf etməyi heç kəs özünə izn verə bilməz, halbuki onun rolu fiksiya və hətta klounadaya qədər inkişaf edib. Sağlam təfəkkürə malik insanların hamısı bunu anlayırlar, lakin diplomatlar bu aydın faktı gözməzdən gəlirlər, belə ki, bu, bütün dünya siyasətinin etibarına zərbə endirəcək. Odur ki, diplomatlar ATƏT-in Minsk Qrupu “trişkin donu”nun (problemi vəziyyətin daha da pisləşməsinə səbəb olan yeni problemlər yaratmaq) üzərinə yeni yamaqlar tikməklə kifayətlənirlər. İndi isə bu, Dağlıq Qarabağda cəbhə xəttində müşahidəçilərin sayının artırılması formasında baş verir.
- Bu ay Azərbaycan-Ermənistan münaqişəsinin 30 illiyi tamam olur. Lakin təəssüf ki, münaqişənin tənzimlənməsi barədə danışmaq olmur. Oleq Yuryeviç, siz yalnız yeni müharibənin bu münaqişəyə nöqtə qoya biləcəyi barədə fikirlə razısınız?
- Şərqdə belə bir deyim var: “Qanla itirilən yalnız qanla qaytarıla bilər”. Mən qana həris isan deyiləm, lakin həqiqətin gözlərinin içinə baxmaq və Dağlıq Qarabağ müharibəsinin reallıqları barədə özümüzə dəqiq hesabat verməli oluruq. 5 il əvvəl – 2012-ci ildə çox ciddi beynəlxalq elmi jurnallardan birində adi analitik məqalə ilə çıxış etdim. Orada Dağlıq Qarabağ münaqişəsini Smuel Hantinqtonun eyniadlı nəzəriyyəsinə tam şəkildə uyğun olaraq “sivilizasiyaların qarşıdurması” kimi ətraflı xarakterizə etdim. Artıq həmin vaxt Azərbaycan-Ermənistan qarşıdurmasının hərbi-siyasi və ya onunla əlaqədar iqtisadi deyil, məhz inellektual və ya mədəni – dini, elmi, tarixi müstəvilərdə olması barədə yazırdım.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu barədə daha səmimi və hətta daha həyasızca çıxış edərək bəyan etdi ki, ermənilər və azərbaycanlılar etnik olaraq birgə yaşaya bilməzlər və bu səbəbdən birlikdə mövcud ola bilməzlər. Əlbəttə, mədəni insanın qulağı üçün bu sözlər çox vəhşicə səslənir, lakin Qarabağ müharibəsinin bütün tarixi bu sözlərin haqlı olduğunu sübut edir, - ermənilər azərbaycanlılarla birgə mövcud olmaq istəmirlər və olmayacaqlar. Belə olan halda münaqişənin sülh yolu ilə tənzimlənməsindən necə söhbət gedə bilər? Qənaət birdir: əsrlər boyunda yığılıb qalan Azərbaycan-Ermənistan qarşıdurmalarını yalnız müharibə həll edə bilər, nəticədə münaqişə tərəflərindən biri məğlub olacaq. Məhz müharibə nəhayət ki, bütün Cənubi Qafqaz üçün gözlənilən olan sülhü gətirəcək və mənim simpatiyam bu münaqişədə doğru tərəf olan Azərbaycanın xeyrinə olacaq.
- ABŞ-ın Rusiya hərbi sənaye kompleksinə qarşı sanksiyaları. Bu sanksiyalar Rusiya və Azərbaycanın hərbi-texniki əməkdaşlığında necə təcəssüm tapacaq?
- Birmənalı olaraq müsbət şəkildə. Unutmaq olmaz ki, “ABŞ-ın 24 noyabr 1992-ci il tarixli “Azadlığın dəstəklənməsi barədə qərarı” milli qanunun 907-ci maddəsinə uyğun olaraq Dağlıq Qarabağ ABŞ tərəfindən “beynəlxalq hüququn müstəqil subyekti” kimi tanınıb, Azərbaycan isə “aqressor” olaraq bəyan edilib və ona qarşı texnoloji və hərbi-texniki xarakterli sanksiyalara qəbul olunub. Analoji sanksiyalar 2015-ci ildə ABŞ tərəfindən Rusiyaya qarşı qəbul edilib Bu baxımdan bizim ölkələr bu gün Rusiyada deildiyi kimi, “eyni qayıqdadırlar”, mahiyyət eribarilə amerikalılar bizi genişlənidiriləcək və dərinləşdiriləcək sıx və möhkəm hərbi-texniki əməkdaşlığa məhkum ediblər.
- Son dövlərdə ermənilər getdikcə daha sıx şəkildə Rusiya sərhədçiləri və Gümrüdə yerləşən Rusiya hərbi bazasının Ermənistandan çıxarılması barədə məsələni gündəmə gətirirlər. Bu bəyanatı necə qiymətləndirirsiniz? Sizə elə gəlmir ki, bu, elementar şantajdır?
- Rusiya hərbi bazasının Ermənistandan çıxarılması Kremlin bunu istəyib-istəməməsindən asılı olmayaraq qısa müddət ərzində olmasa belə, orta tezlikli prespektivdə qaçınılmazdır. Ermənistan Avropa İttifaqı ilə assosiyasiya yolunun qarşısında durdu, Aİ Ukraynada üzücü təcrübəyə malikdir, bu isə ərazisində Rusiya hərbi bazası yerləşən postsovet məkanı ölkəsinin Avropaya inteqrasiya yoluna daxil olduqda, nə baş verdiyini yaxşı göstərir. Buna baxmayaraq, düzgün şəkildə etiraf etmək lazımdır ki, erməni hökuməti Aİ ilə yaxınlaşmanın texniki məsələlərində Ukrayna rəhbərliyindən daha ağıllı davrandılar. Əsasən, onlar rusdilli azlıqları sıxışdırdılar və Aİ ilə assosiyasiya barədə razılaşma imzalamazdan öncə bütün rusdilli mətkəbləri bağladılar, halbuki bunu Ukrayna Avropa İttifaqına daxil olduqdan sonra etməli idi. Bundan sonra yalnız Ermənistanın Rusiya Federasiyası Müdafiə Nazirliyinin 102-ci bazasını çıxarmaq qalır, bundan sonra ölkə hər hansı çaxnaşma yaşamadan Kreml rəhbərliyinin təsirindən çıxacaq. Hər birimiz Mixail Saakaşvilinin hərfi mənada təpiklə 3 Rusiya hərbi bazasını Gürcüstandan çıxardığını xatırlayırıq və Moskvada heç kəs bu məsələyə görə hıçqırığını da çıxarmadı. Odur ki, tamamilə yeni tarixi təcrübə var və onun yaxın zamanlarda bir az zənginləşməyəcəyi istisna deyil.
Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az