Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 13:28 radələrində Tavuş (Tavus-red.) vilayətinin Karmiraxpyur kəndinin yaxınlığında yol nəqliyyat hadisəsi baş verib.
Dövlət nömrə nişanı olmayan VAZ-2121 markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, yaxınlıqdakı dərəyə 20 metr yuvarlanıb.
Xilasetmə heyəti gələnədək yerli qüvvələrin köməyi ilə sürücü Q.Q avtomobildən çıxarılaraq, Berd şəhər hərbi hospitalına təxliyyə edilib. Onun vəziyyəti kafi qiymətləndirilib.
Ermənistan müdafiə nazirliyi yaralanan hərbi qulluqçu haqqında məlumat verməyib.
Alpər Mövludoğlu
Ordu.az