Düşmən 2018-ci ildə müdafiə sahəsinə nə qədər xərcləyib? - YANVAR

2018/02/ermeniler345345_1517571034.jpg
Oxunub: 4155     19:28     02 Fevral 2018    
Ermənistan 2018-ci ildə müdafiə sahəsinin bir aylıq cari xərclərinə büdcəsindən 10 milyard (35 milyon 673 min 40 AZN) dram sərf edib.

Ordu.az xəbər verir ki, bu barədə e-gov.am saytındakı interaktiv büdcə bölümündəki məlumatda bildirilir.

Məlumatda, düşmənin 10 milyard dramdan 9 milyard 900 min dram hərbi müdafiə sahəsinə yönəltdiyi göstərilib. Belə ki, Ermənistanda 2018-ci il büdcə qanunu ilə müdafiə sahəsinin xərcləri 247 milyard dram (881 milyon 124 min 88 AZN) təşkil edir. Bu rəqəm 2017-ci il hərbi büdcəsi ilə müqayisədə 18.15 % və ya 38 milyard dram (135 milyon 557 min 552 AZN) çoxdur.

2018-ci ildə Ermənistanda müdafiə sahəsinə ayrılan vəsait:

Müdafiə (ümumi) - 247,895,878.2 dram (876865.90 AZN)
Hərbi müdafiə - 238,245,614.3 dram (842730.65 AZN)
Xarici hərbi yardım - 117,011.7 (413.90 AZN)
Tədqiqatlar və layihə işləri - 2,433,461,4 (86077.24 AZN)
Müdafiə (digər sahələrə aid olmayan) - 7,099,790,8 (251136.26 AZN)

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-xərcləri  


Bizi "telegram"da izləyin