Rusiyalı hərbi ekspert: “ABŞ sanksiyaları Ermənistan rəhbərliyi üçün sərt risk xəritəsidir”

2018/02/5372047546456_1517552326.jpg
Oxunub: 4377     14:13     02 Fevral 2018    
ABŞ Rusiyanın müdafiə sənayesinin şirkətləri ilə müqavilə imzalayan dünyanın istənilən ölkəsindən olan fiziki şəxslər və şirkətlərə qarşı sanksiyalar qəbul etməyə söz verib. Siyahıya Rusiyanın 39 şirkəti, o cümlədən “Rosoboroneksport” daxildir.

Ordu.az xəbər verir ki, bu barədə “EADaily”nin müxbiri ilə müsahibəsində Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, hərbi ekspert Aleksandr Perenciyev danışıb. O, bu sanksiyaların Rusiyanın qarşısını ala bilməyəcini – müdafiə sənayesinin inkişaf edəcəyi və silah istehsalının davam etdiriləcəyini bildirib.

Ekspertin fikrincə, məsələ fərqlidir, Ermənistan Rusiya silahlarını qəbul etməkdən qorxmayacaq ki? Ümumiyyətlə, Ermənistan rəhbərliyi bu riskin öhdəsindən necə gələcək?

“Ermənistan rəhbərliyi riskin hesabatını aparmalı və bunu nəzərə almalı olacaq: əgər Rusiya silahlı almasalar, Amerika silahı alacaqlar, lakin bu artıq tamam fərqli qiymət siyasətidir. Xüsusən də, əgər Rusiyanın Erənistana silahları daxili qiymətlərlə satdığın nəzərə alsaq. Demək ki, Amerikadan keyfiyyətli silah almaq alınmayacaq və məncə, Ermənistan sanksiyalara baxmayaraq Rusiyadan silah almağa davam edəcək”, - deyə Perenciyev qeyd edib.

Onun sözlərinə görə, belə olan halda Ermənistan riski gözə almadan bu addımı atsa, Rusiyadan daha çox asılı olacaq və İrəvanın Rusiya silahından imtina edəcəyi ümumiyyətlə az inanılandır: birincisi, Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqidir, ikincisi isə ölkənin ABŞ, Türkiyə və ya Pakistandan silah almaq üçün pulu yoxdur.

“Maliyyə problemləri ilə yanaşı, bu həm də riskli nəticələrə yol aça bilər: analitiklərin dediyi kimi, Ermənistan risk xəritəsi çəkməli olacaq, belə ki, yetərincə sərt mübarizə gedir və daha “həm sizinkilərə, həm də bizimkilərə” prinsipinə sadiq qalmaq olmur. İstənilən halda, vəziyyət Ermənistan üçün daha əvvəlki kimi olmayacaq, onların maşının təkəri haradasa yarı yolda boşalacaq”, - deyə Perenciyev açıqlayıb.

Ekspertin fikrincə, Ermənistandan fərqli olaraq Azərbaycanın qarşısında belə sərt seçim etmək zərurəti yoxdur. Belə ki, Bakının yetərincə pulu var və əgər Rusiyadan silah ala bilməsə, bunu digər ölkələrlə də rahatlıqla gerçəkləşdirə bilər.
Sanksiya siyasətinin Rusiya, Azərbaycan və Ermənistanın cəlb olunduğu Qarabağ prosesinə təsirinə gəlincə isə, Perenciyev hesab edir ki, burada paritet olacaq.

Qeyd edək ki, Ermənistan isə KTMT çərçivəsində Rusiyadan daxili qiymətlər və güzəştlərlə silahlar alır. Geridə qalan 2 il ərzində Ermənistan Moskvadan Rusiya silahları almaq üçün 250 milyon dollar kredit götürüb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin