Erməni hərbçi xidmət yerindən qaçıb

2018/02/443_1517484376.jpg
Oxunub: 4166     19:26     01 Fevral 2018    
Ermənistan ordusunda əsgərlərin xidmət yerində dözülməz şərait səbəbindən fərarilik etməsi artıq adiləşib.

Ordu.az xəbər verir ki, bu günlərdə Sovetaşen yaşayış məntəqəsindən olan Levon Mkrtçyan adlı hərbçinin də xidmət yerini özbaşına tərk etdiyi barədə erməni sosial şəbəkələrində məlumat paylaşılıb.

Bildirilir ki, hərbi qulluqçu barədə cinayət işi açılarsa, onun valideynləri hərbi hissədəki mövcud vəziyyə barədə Yerevana şikayət edəcəklərini iddia edirlər.

Komandanlıq tərəfindən hadisənin gizlədilməsi məqsədilə hərbçinin xidmət yerinə tezliklə qaytarılması üçün tədbirlər görülür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin