"Afrindəki kürdlərin 50 %-dən çoxunun kökləri erməni mənşəlidir" - Hrayr Akilyan (FOTOLAR)

2018/01/4328964237846_4552167786.jpg
Oxunub: 2883     18:55     31 Yanvar 2018    
"Afrindəki kürdlərin bir hissəsi ermənicə danışır və onların 50%-nin kökləri erməni mənşəlidir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Afrin çevrəsindəki yaşayış məntəqələrində məskən salan, oradan Hələb şəhərinə köçən və hazırda İrəvanda yaşayan Hrayr Akilyan deyib.

Hrayr Akilyan bildirib ki, ermənilər köç zamanı şəhərin yaxınlığında olan Kətmə adlı dəmiryol stansiyasına gəlib və Afrində məskunlaşıblar.

Onun məlumatına görə, Afrinə yaxın Azaz şəhərində isə 5000-dək erməni olub.

Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Afrində YPG terrorçularına qarşı əməliyyatlar aparır. Rəsmi məlumatlara görə, YPG terror qruplaşmasının təkibində döyüşən iki erməni terrorçusu məhv edilib.





Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   YPG   Erməni-terroru  


Bizi "telegram"da izləyin