DSX rəisi Ukraynaya gedib

2018/01/216_1516621430.jpg
Oxunub: 4062     19:41     22 Yanvar 2018    
Bu gün – yanvarın 22-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev rəsmi səfərlə Ukraynaya yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb.

Elçin Quliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin səfəri Ukrayna Dövlət Sərhəd Xidməti rəisinin dəvəti üzrə həyata keçirilir.

Görüşdə əsas diqqət sərhəddə mövcud vəziyyət və onun inkişaf tendensiyaları, sərhədlərin təhlükəsizliyinə qarşı artan təhdidlərlə mübarizə sahəsində əlaqələrin inkişafı, prespektivlər və gələcəkdə əməkdaşlıq istiqamətərinə yönəldiləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Elçin-Quliyev   Ukrayna  


Bizi "telegram"da izləyin