Sabiq müavin və hüquq müdafiəçisindən etiraz: "Bizim dövlətimiz var, ya yox?"

2018/01/77bf28b4e40ef10658d72efcac621345345_1516347610.jpg
Oxunub: 3847     15:37     19 Yanvar 2018    
"Müdafiə naziri boyun əyərək ictimaiyyətə, mənə pul verin deməməlidir".

Ordu.az xəbər verir ki, bu barədə sabiq müdafiə naziri Seyran Ohanyanın müavini olan Andranik Köçəryan erməni KİV-lərinə verdiyi müsahibədə bildirib.

Köçəryan, birmənalı olaraq yaralı hərbi qulluqçu Albert Dəlləkyanın müalicəsinin xaricdə təşkil edilməsini dövlətin və hökumətin funksiyası olduğunu bildirib. O, müdafiə nazirinin maddi vəsait toplanması məqsədilə xalqa müraciətini başa düşmədiyini qeyd edib.

"Belə çıxır ki, bu vəsait toplanmadığı halda hərbi qulluqçu müalicə edilməyəcək. Buna görə də bu dövlətin problemidir, ilk olaraq hökumətə müraciət etmək lazım idi. Müharibə şəraitində olduğumuza görə, yaralı və ölən hərbi qulluqçular olacaq, ona görə də bu problem dövlət səviyyəsində həll edilməlidir", - deyə sabiq müavin bildirib.

Erməni hüquq müdafiəçisi Avetik İşaxanyan isə Vigenin çağırışını anaxronizm hesab edir: "Dövlət daxilində belə çağırışlar anaxronizmdir, çünki orduda qulluq edənlərin hamısını dövlətə ümid edir. Lakin orduda yaralanmış hərbi qulluqçunun müalicəsinə ordu rəhbəri xalqadan pul istəyir, bu çox utancverici və təəccüblüdür".

"Dövlət orqanları funksiyalarını yerinə yetirmək əvəzinə xeyriyyəçiliyə və ya xeyriyyə çağırışları etməyə başlayıblar. Bizim dövlətimiz var, ya yox? Dövlət orduda yaralanmış hərbi qulluqçunu müalicə etmək üçün öz yükünü xalqın üzərinə necə yükləyə bilər?", - deyə hüquq müdafiəçisi İşxanyan bildirib.

Belə ki, Vigen Sarkisyan özü-özünə ziddiyyət təşkil edir. O, "Facebook" səhifəsində qeyd edir ki, biz xaricdə bu müalicəni etmək üçün maddi ödəniş edə bilmərik, ona görə ki, bu əməliyyat Ermənistanda da keçirilə bilər. Sonra əlavə edir ki, ancaq daha çox təcrübə və bacarığı olan xaricdəki klinikalarda Albert Dəlləkyanın müalicəsi onun sağalması ümidini daha çox artırır.

Yaralı əsgərin anası bildirib ki, Ermənistanda avadanlıqlar köhnədir və həkimlər zəmanət vermirlər. O, qeyd edib ki, Albert 26 gün huşsuz olub, oyandıqda görmə qabiliyyəti olmayıb, indi az danışır, addımlayır, zəif də olsa görür və bu irəliləyişi yenidən risk altına alaraq, Ermənistanda əməliyyat olunmasına razı ola bilmərəm.

Xatırladaq ki, yaralı erməni əsgərinin müalicəsi üçün maddi vəsait toplanmasına dair öz "Facebook" səhifəsində çağırış edən Vigen Sarkisyan ciddi tənqid olunub. Çünki işğal altında olan Hadrutda yerləşən qanunsuz hərbi hissədə öz zabiti tərəfindən açılan atəş nəticəsində baş nahiyyəsindən ağır yaralanan 21 yaşlı hərbi qulluqçunun Almaniyada mürəkkəb əməliyyat keçirməsi üçün anasının maddi yardım xahişinə Ermənistan müdafiə nazirliyi rədd cavabı verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vigen-Sarkisyan   Ermənistan-ordusu   Qalmaqal  


Bizi "telegram"da izləyin