Erməni hüquq müdafiəçiləri: "Sarkisyanın pul toplaması dövlətin dağılmasından xəbər verir"

2018/01/artur-600x3502334324_1516296762.jpg
Oxunub: 2198     01:27     19 Yanvar 2018    
"Orduda hökm sürən vəziyyəti düzəltmək əvəzinə müdafiə naziri ianə toplama təkilatçılığı ilə məşğuldur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ernəni hərbi qulluqçusu Albert Dəlləkyanın müalicəsi üçün Vigen Sarkisyanın pul toplamasına toxunan hüquq müdafiəçisi Zaruhi Hovhanissyan bildirib.

Erməni hüquq müdafiəçisi erməni ordusunun intizamsız olduğunu bildirib: “Əgər yüksək rütbəli hərbçi silahla ehtiyatsız davranırsa, bu ordunun keyfiyyət problemlərindən xəbər verir”.

“Media kentron” mərkəzində keçirilən mətbuat konfransında iştirak edən Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun sözlərinə görə isə Sarkisyanın pul toplaması dövlətin dağılmasından xəbər verir.

“Yəni, nazir işləmək üçün ianə alətə çevrilir, nazir öz səlahiyyətlərini yerinə yetirməkdən imtina edir. Hesab edin ki, kənd təsərrüfatı naziri öz şəxsi səhifəsində yazır ki, hörmətli yoldaşlar dolu hansısa sahədə məhsulu məhv edib, sizə müraciət edirəm, sakinlərə kömək edin. Səhiyyə naziri desin ki, hansısa kəndə dərman lazımdır, gəlin pul toplayıb dərman alaq və sairə... Əsgərin təhlükəsizliyini qorumaq, lazım gəldikdə sağlamlıq problemlərini həll etmək dövlətin borcudur", -deyə Sakunts bildirib.

Sakunts əlavə edib ki, müdafiə nazirinin siyasətin hazırlanması, qanunvericilik sahəsində dəyişikliklər, maliyyə tənzimləmələri aparması kimi qanunla tənzimlənən səlahiyyət alətləri var. Bunları həyata keçirməklə hərbi qulluqçuların sağlamlıq problemlərini həll edə bilər.

“Bunun əvəzinə müdafiə naziri ianə toplama yolu ilə problemi həll edir. Bu o deməkdir ki, Sarkisyan dövlət imkanlarının səmərəsiz olduğunu qəbul edir və ya özü bu problemin həlli üçün imkanlardan istifadə etməkdən yayınır. Əgər səmərəsizdirsə bu problem də ona aiddir. Nə etmək lazımdır ki, bu həll alətləri səmərəli olsunlar? Məsələn, əgər dövlət büdcəsi vəsaitlərinin məhdud olduğunu deyirlərsə, demək dövlət büdcəsinin toplanmasında problemlər var”, - deyə o qeyd edib.

Erməni hüquq müdafiəçisinin sözlərinə görə, bu cür maddi vəsait toplanmasını istənilən vətəndaş həyata keçirə bilər, lakin nazir deyil. Sakunts “Martik” fondunun vəsaitlərindən Dəlləkyanın müalicəsi üçün sərf edilirmi deyə, məsələ qaldırıb. O, həmçinin xatırladıb ki, “Martik” fondu o dövrdə müdafiə naziri olan Serj Sarkisyan və onun müavini Artur Ağabekyan tərəfindən qanunla onlara qadağan olduğu halda, qanunsuz olaraq yaradılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Vigen-Sarkisyan   Qalmaqal  


Bizi "telegram"da izləyin