"Vigen Sarkisyan iradəsinin zəifliyini ortaya çıxardı" - Hərbi eskpert

2018/01/karen-karapetyan-vigen-sargsyan56756_1516267707.jpg
Oxunub: 2349     17:58     18 Yanvar 2018    
Son günlər erməni cəmiyyətində Ermənistan müdafiə naziri Vigen Sarkisyanın yaralı əsgər Albert Dəlləkyanın xaricdə müalicəsi üçün pul toplanmasına dair "Facebook"dakı çağırışı geniş müzakirə mövzusuna çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə hərbi ekspert Vahan Badasyan erməni mətbuatına açıqlama verib.

Onun sözlərinə görə, müalicə üçün vəsait "1000 dram fondu"ndan ayrılmalıdır.

"Belə pul toplanması tədbirlərini qeyri-hökümət təşkilatları və ictimai xadimlər etməlidir, nəinki müdafiə naziri. Müdafiə naziri ordunun rəhbəridir və belə şeylərdən uzaq durmalıdır", - deyə Badasyan qeyd edib.

Vigen Sarkisyanın "Facebook"da "fahişə sənsən" ifadəsinə münasibət bildirən Badasyan qeyd edib ki, belə məqamda insan iradəsinin zəifliyi meydana çıxır. Gərək belə mübahislərdən uzaq duraydı.

Badasyan bildirib ki, Vigen Sarkisyanın 1000 dramla bağlı qərarı ədalətli deyil: "Bir tərəfdən hərbi qulluqçulara yardım qrupları təşkil edilir, digər tərəfdən ordudan oğurluq edilir. Bu barədə fəaliyyətdə olan generallar haqqında dəfələrlə demişəm. Ancaq bu ədalətli qərar deyil, ona görə ki, ordudan oğurluq halları davam edir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vigen-Sarkisyan   Qalmaqal   Erməni-ordusu  


Bizi "telegram"da izləyin