“Suriyada istənilən dəqiqə müharibəyə başlaya bilərik” - Ərdoğan

2018/01/45353453_1516018417.jpg
Oxunub: 2623     20:11     15 Yanvar 2018    
“ABŞ tərəfindən Suriyanın şimalında yaradılan “sərhəd mühafizəsi qüvvələri” Türkiyənin milli təhlükəsizliyinə təhdiddir, Suriyada hərbi əməliyyatlar istənilən dəqiqə başlaya bilər”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“İndi Amerika bizi sərhədlərimizin yaxınlığında Türkiyənin milli təhlükəsizliyinə təhdid olan terrorist ordusu yaradır. Bizim vəzifəmiz bu ordunu doğulmamış məhv etməkdən ibarətdir. Əgər ABŞ bu vəhşi varlıqlarla əlaqə yaratmaq istəyirsə, bu, onların işidir. Lakin biz buna yol verməyəcəyik. Orada əməliyyat istənilən an başlaya bilər”, - deyə Ərdoğan bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Türkiyə   Suriya-böhranı  


Bizi "telegram"da izləyin