Pentaqon Əfqanıstana daha 1000 əsgər və əlavə dronlar göndərir

2018/01/5154845125485_1515860818.jpg
Oxunub: 1455     00:03     14 Yanvar 2018    
Tramp administrasiyası planına uyğun olaraq, Pentaqon Əfqanıstana daha 1000 əsgər göndərməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, əsgərlər Əfqanıstan qüvvələrinə təlim keçmək məqsədilə göndəriləcək.

Əsgərlərlə yanaşı çox sayda PUA-ların göndərilməsi də planlaşdırılır.

Xatırladaq ki, Donald Tramp avqust ayında 15 ildən çoxdur davam edən müharibəni bitirmək məqsədilə Əfqanıstana 3-4 min əsgərin göndəriləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   Terror  


Bizi "telegram"da izləyin