Ordu.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti yanında Strati Araşdırmalar İnstitutunun direktor müavini Sanat Kuşkumbayev bəyan edib.
“Söhbət bizim ABŞ-la əməkdaşlığımızı strateji müttəfiqlik səviyyəsinədək genişləndirməyimizdən gedir. Birləşmiş Ştatlar bizim çoxdankı müttəfiqimizdir, hələ ölkəmizin müstəqillik qazandığı andan”, - deyə Kuşkumbayev bildirib.
Onun sözlərinə görə, ölkələr regional və qlobal problemlərin həlli və tənzimlənməsini məsələlərində müzakirə edirlər.
“Danışıqlarda əsas diqqət Əfqanıstana yönələcək. Həmçinin Suriya məsələsi də var. ABŞ-ın Avrasiya strategiyası baxımından Rusiya ilə əlaqələr də müzakirə ediləcək”, - deyə Kuşkumbayev vurğulayıb.
Qeyd edək ki, yanvarın 16-18-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri baş tutacaq. Həmçinin ABŞ lideri Donald Trampla görüş də nəzərdə tutulur.
Ağalar Qəribov
Ordu.az