Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib.
“Biz Amerika tərəfinin İranın nüvə proqramına dair birgə planına münasibətdəki bəyanatını nəzərə alırıq. Avropalı müttəfiqlərimizlə bu məsələni müzakirə edəcək və yanaşmamımızı müəyyənləşdirəcəyik”, - deyə Almaniya XİN nümayəndəsi bildirib.
O həmçinin qeyd edib ki, Almaniya rəhbərliyi bundan sonra da atom üzrə razılaşmanın tam yerinə yetirilməsi mövqeyindən çıxış edəcək.
Ağalar Qəribov
Ordu.az