S-400 kompleksləri Sevastopolda döyüş növbətçiliyinə daxil olacaq

2018/01/s40043534534_1515830634.jpg
Oxunub: 1593     16:02     13 Yanvar 2018    
Rusiyada S-400 “Triumf” zenit raket kompleksləri bu gün Sevastopolda Fiolent burnu ərazisində döyüş növbətçiliyinə daxil olacaq.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Qara dəniz donanmasının mətbuat xidməti məlumat yayıb.

Fiolent burnunda S-400 komplekslərinin döyüş növbətçiliyinə daxil olması zamanı Cənub Hərbi Dairəsi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə bölmələrinin komandan, general-leytenant Viktor Sevostyanovunin iştirakı ilə təntənəli tədbir keçiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   CHD  


Bizi "telegram"da izləyin