Avstraliyanın Baş naziri Malkolm Törnbal Yaponiya qüvvələrinin Avstraliyada təlimlər keçmə ehtimalını müzakirə etmək üçün gələn həftə Tokio yaxınlığındakı hərbi bazaya səfər edəcək
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, burada yaponiyalı həmkarı Şinzo Abe ilə görüşəcək Törnbal, təhlükəsizlik paktı əsasında əməkdaşlığı gücləndirmə imkanlarını müzakirə edəcək.
Çinin okeaniyada güclənməsi və Şimali Koreyanın nüvə silahları hazırlaması iki dövlət arasındakı müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi zəruri edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Avstraliya-Yaponiya
KXDR