Suriya ilə sərhəd zonasındakı Kayseri və Qaziantəp şəhər mərkəzlərində İŞİD terror təşkilatının aralarında bir komandir də olan 10 üzvü ələ keçirilib.
Ordu.az “Daily Sabah”a istinadən xəbər verir ki, bu barədə Kayseri vilayət rəhbəri Süleyman Qamçı bildirib.
Onun sözlərinə görə tutulanların çoxu suriyalıdır. Biri isə Türkiyədə kənd təsərrüfatı sektorunda işləyən və A.Tarık kimi müəyyən edilən İŞİD-in “kənd təsərrüfatı naziri”dir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İŞİD
Türkiyə
Terror