Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya baş naziri Sindzo Abe eston həmkarı Yuri Ratasla birgə keçirdiyi mətbuat konfransı çərçivəsində bəyan edib.
“Vacibdir ki, Şimali Koreyanın nüvə gücünü qəbul etmirik və biz KXDR-ə təsirin gücləndirilməsi barədə razılığa gəldik”, - deyə Abe bildirib.
O qeyd edib ki, KXDR ciddi təhlükə mənbəyidir və o, Estoniyanın paytaxtına zərbə endirə biləcək ballistik raketlər atmağa davam edir.
Ağalar Qəribov
Ordu.az