Xarici ordular Ukraynada 6 hərbi təlimdə iştirak edəcək

2018/01/IMG-20180112-WA0009_1515780953.jpg
Oxunub: 4377     02:09     13 Yanvar 2018    
2018-ci ildə Ukrayna ərazisində xarici ölkə qüvvələrinin 6 hərbi təlim planlaşdırılır.

Ordu.az “Interfax” agentliyinin Ukrayna bürosuna istinadən xəbər verir ki, 2018-ci ildə Ukrayna ərazisindəki xarici dövlətlərin qoşunlarının fəaliyyəti barədə Ukrayna prezidentinin təsdiqləyərək parlamentə göndərdiyi qərar Ali Rada tərəfindən qəbul edilib.

Qərarda Ukrayna Silahlı Qüvvələrinin yetişdirilməsi üçün çoxmillətli təlimlər planlaşdırılır. Bu təlimlərə aşağıdakılar aiddir: “Sürətli Trident 2018” Ukrayna-Amerika təlimləri, “Dəniz Mehi 2018” Ukrayna-Amerika təlimləri, “Light Avalanche 2018” çoxmillətli təlimlər, “Açıq Səma 2018” çoxmillətli təlimlər və “Riverian 2018” Ukrayna-Rumıniya təlimləri.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Hərbi-təlim  


Bizi "telegram"da izləyin