Ordu.az son 24 saat ərzində Suriyada terrorizmlə mübarizə sahəsində baş verən ən önəmli hadisələrin icmalını təqdim edir.
Suriya ordusu və müttəfiq qüvvələr: Hələb vilayətinin qərində “Ən-Nüsra Cəbhəsi”nin minaatanlarla hücumuna məruz qalıb, əl-Latamina şəhəri istiqamətində “Ceyş əl-İzzə”nin mövqelərini atəşə tutub.
“Ən-Nüsra Cəbhəsi”: Dəməşq ətrafında qüvvələrinin rotasiyasını aparır, İdlib vilayətinin cənubunda ikinci müdafiə xəttini formalaşdırır, Həmanın şimal-şərqində Umm Həryateyn qəsəbəsini atəşə tutub, Hələbin qərbində atışma zamanı itkilər verib.
“Fəylək ər-Rəhman”: Şərqi Qutada Suriya hərbçiləri ilə silahlı qarşıdurmada iştirak edib.
Dəməşq vilayəti: vilayətin şərq hissəsində baza quran terror qruplaşmaları Cobar rayonu yaxınlığında Suriya ordusunun hücumlarının qarşısını almaq üçün müdafiə xəttinin möhkəmləndirilməsi yönündə işləri davam etdirirlər. Hazırda radikallar irəli cəbhədə qüvvələrin rotasiyasını həyata keçirirlər.
“Twitter” sosial şəbəkəsində “Ghouta Media Center” yerli xəbər resursu Şərqi Qutada deeskalyasiya zonalarından birinin işlədiyini, lakin atəşkəs rejiminin “Ən-Nüsra Cəbhəsi” və ona aid qruplaşmalar tərəfindən pozulduğunu bildirib.
“Həyat Təhrir əş-Şam” qruplaşması ilə müttəfiq olan “Fəylək ər-Rəhman” isə Dəməşq vilayətinin şərqində yerləşən İrbin yaşayış məntəqəsinin yaxınlığında Suriya ordusunun mövqelərini atəşə tutub.
“Damascus Now” portalı xəbər verir ki, Suriya ordusu cavab atəşi açıb və nəticədə bir neçə terrorçu məhv edilib.
Hələb vilayəti: “Həyat Təhrir əş-Şam” terror koalisiyasi Hələb şəhərinin qərb hüdudlarında Suriya Quru Qoşunlarına qarşı yeni hücumlar gerçəkləşdiriblər.
“Twitter” sosial şəbəkəsində @markito0171 adlı mənbənin verdiyi məlumata görə, terrorçular bir neçə iri çaplı mina ilə Məkanis əd-Duvayri şəhəri yaxınlığında Suriya ordusunun mövqelərini atəşə tutublar. Cavab atəşi nəticəsində “Ən-Nüsra Cəbhəsi”nin bir neçə üzvü məhv edilib və yaralanıb.
İdlib vilayəti: “Fəth əş-Şam Cəbhəsi” terrorçuları İdlibin qərb hissəsində Suriya Quru Qoşunları və Rusiya Aeroskosmik Qüvvələrinin hücunlarına tab gətirməyə davam edirlər. Daha öncə Suriya ordusu Əbu Dali şəhərində terrorçuları atəşə tutub, indi isə bu istiqamətdə hücumlar davam edir.
“Twitter” sosial şəbəkəsində @NatDerFor adlı istifadəçinin məlumat verdiyi kimi, “Ən-Nüsra Cəbhəsi” terrorçuları Suriya ordusunun irəliləməsinin qarşısını almaq üçün ikinci müdafiə xəttini formalaşdırmağa başlayıblar.
Həma vilayəti: Suriya ordusu vilayətin şimalında yerləşən və terrorçu qruplaşmaların nəzarətində olan əl-Latamina şəhərində onların mövqelərini atəşə tutub.
“Al Masdar News” agentliyi bildirir ki, terrorçuların xeyli canlı qüvvəsi bu hücumlar nəticəsində məhv edilib.
Qeyd edək ki, əl-Latamina şəhərinə Bəşər Əsəd qoşunlarına qarşı çıxış edən “Ceyş əl-İzzə” və “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmaları tərəfindən nəzarət olunur.
Eyni zamanda “Həyat Təhrir əş-Şam” terrorçuları İdlib vilayətinin inzibati mərkəzinin şimal-şərqində yerləşən Umm Həryateyn qəsəbəsi yaxınlığında hökumət qüvvələrini atəşə tutub.
“Telegram” sosial şəbəkəsində “EMC News Center” müxalifət xəbərləri bloqu xəbər verir ki, hökumət qüvvələri bu hücumlar nəticəsində itki verməyib.
Ağalar Qəribov
Ordu.az